Dünyanın ən populyar videorabitə şirkəti olan «Zoom»un rüblük gəliri tarixində ilk dəfə olaraq 1 milyard dolları keçib.
Eləcə də bax: Azərbaycanda "Zoom"un analoqu - Yaradılıb
Bununla yanaşı, son vaxtlar koronavirusla bağlı qadağaarın yumşalması fonunda şirkətin xidmətlərinə tələbatın zəifləməsi müşahidə edilir.
FED.az «The Wall Street Journal»a istinadən xəbər verir ki, ABŞ-ın «Zoom» video rabitə xidmətinin rüblük gəliri ekspertlərin gözləntisindən daha yüksək olub. Bununla yanaşı, «Zoom»un gəlirlərinin artım sürəti ötənilkindən az olub – ötən il gəlirlər 4 dəfə artmışdı.
2021-ci ilin 2-ci rübündə «Zoom»un mənfəəti 317 milyon dollara (bir il əvvəl 186 milyon dollar idi), gəlirləri isə 1,02 milyard dollara (ötən il 663,5 milyon dollar) yüksəlib.
Bu gedişlə şirkətin illik gəliri 4 milyard dolları, hər səhmsə düşən mənfəəti isə 4,6-4,8 dollar olacaq.
«Zoom» bildirib ki, istifadəçilərinin sayı 505 min nəfər artıb. Ötən il 497 min nəfər olmuşdu. Bununla yanaşı, dünyada ofislər açıldıqca, Zoom-un müştəriləri necə saxlayacağı müzakirə edilməkdədir.
Məhz buna görə, gəlirlərinin artımına baxmayaraq «Zoom»un səhmləri 11 faizdən çox ucuzlaşıb.