Bu ilin yanvar ayının 1-nə Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı 4 073 400 nəfər təşkil edib.
Eləcə də bax: Azərbaycanda hər iki nəfərdən biri "Facebook"dadır - YENİ RƏQƏMLƏR
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu bir il öncəki göstəricidən 17% və ya 593,4 min nəfər çoxdur.
Hazırda ölkə əhalisinin 39,6%-i bu sosial şəbəkənin istifadəçisidir. İstifadəçilərin 62,8% kişilər, 37,2%-i isə qadınlardır.
Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588,6 min) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411,4 min nəfərlə liderlik edir.