2025-ci ilin sentyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankomatların ümumi sayı 3 min 465 ədəd təşkil edib.
FED.az bu barədə Azərbaycan Mərkzi Bankına istinadən xəbər verir.
Bankomatların ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 267 ədəd, yəni 8,3%, ötən ilin sonuna nəzərən 161 ədəd, yəni 4,9%, aylıq müqayisədə isə 23 ədəd, yəni 0,7% artıb.
Bankomatların 1 min 859 ədədi Bakı şəhərinin payına düşür. Bu, illik müqayisədə 163 ədəd, yəni 9,6%, ötən ilin sonuna nəzərən isə 87 ədəd, yəni 4,9%, son bir ayda isə 12 ədəd, yəni 0,6% artım deməkdir.
Regionlarda isə 1 min 606 ədəd bankomat fəaliyyət göstərir. Bu, illik müqayisədə 104 ədəd, yəni 6,9%, ötən ilin sonuna nəzərən 74 ədəd, yəni 4,8%, son bir ayda isə 11 ədəd, yəni 0,7% artım deməkdir.
Xatırladaq ki, cəmi bankomatların sayı bu ilin avqustun 1-nə 3 min 442 ədəd, ötən ilin sonunda 3 min 304 ədəd, 2024-cü ilin sentyabrın 1-nə isə 3 min 198 ədəd təşkil edib.