Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyası 4 fevral 2013-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Poçt-maliyyə xidmətləri” Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışlarının uçotu Qaydaları"nda dəyişiklik edib.
Bakı və Abşeronda ilk dəfə “ağıllı” poçt qutuları quraşdırılıb - FOTO
FED.az xəbər verir ki, bununla bağlı nazir Rəşad Nəbiyev yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra vətəndaşlar sözügedən sistemlə həyata keçirdikləri ödənişlərin təsdiqinə dair çıxarışları 5 il ərzində əldə edə biləcəklər. İndiyə qədər bu müddətə məhdudiyyət yox idi.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.