Azərbaycanın regionlarında fəaliyyət göstərən post şöbələrində və məntəqələrində vətəndaşlara onlayn xidmətlərin göstərilməsinə başlanacaq.
Azərbaycanda banklar üçün yenilik – ÜZDƏN TANIYIB KREDİT VERƏCƏKLƏR
FED.az xəbər verir ki, bu barədə Bakıda keçirilən GSMA M360 beynəxalq konfransında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İranə Vəliyeva bildirib.
Onun sözlərinə görə, Agentlik rəqəmsal ximələr hazırlyıb təqdim edir, bu xidmətlər hər bir vətəndaş üçün əlçatandır və vətəndaşlar bu xidmətləri almaq üçün çox vaxt və enerji sər etmirlər.
İnarə Vəliyeva bildirib ki, dövlətin rəqəmsal xidmətləri sadə və əlçatan olmaqla yanaşı, həm də faydalı olmalıdır ki, vətəndaşlar özləri onlara maraq göstərsinlər – məsələn «ƏDV geri al» xidməti kimi.
Agentlik rəhbəri bildirir ki, görüləcək işlərdən biri vətəndaşların rəqəmsal bacarıqlarının artırılmasıdır. Bu sahədə daha bir yenilik regionlardakı poçt məntəqələrində onlayn xidmətlərin təqdim edilməsi olacaq: «Poçtlarda rəqəmsal xidmətlər göstəriləcək və bu xidmətlərdən faydalana iləcəklər. Hesab edirik ki, bu yenilik vətəndaşları oflayn xidmətlərdən onlayn xidmətlərə həvəsləndirəcəkdir»-deyə İ.Vəliyeva bildirib.