Azərbaycanda banklar üçün maraqlı yenilik – yeni məhsul təqdim edilib.
“AzInTelecom” “GSMA M360 Eurasia 2023” - BEYNƏLXALQ KONFRANSINDA!
FED.az xəbər verir ki, "GSMA M360 Eurasia 2033" beynəlxalq konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC stendlə çıxış edir. Stenddə şirkətin yeni innovativ məhsulu haqda məlumat verilib.
FED.az-ın əldə etdiyi məlumata görə, "AzInTelecom" MMC-nin yeni məhsulu insanları, vətəndaşları, istifadəçilərin biometrik meyarlar əsasında identifikasiya etməyə imkan verir.
Belə ki, SİMA rəqəmsal imzası vasitəsilə fizioloji biometriya, üz tanıma sistemi tətbiq ediləcək: «Artıq məhsulun prototipi hazırdır və təşkilat bu məhsulun kommunikasiyasına başlayıb»-deyə FED.az-a bildirilib.
Yeni məhsulun – üz tanımanın əsas hədəf kütləsi dövlət qurumları, şirkətlər, eləcə də maliyyə qurumları – banklar, BOKT-lar və sığorta şirkətləri olacaq. Xüsuilə maliyyə təşkilatları SİMA-nın bu yeniliyindən istifadə edə bilərlər: «Bu qurumlar öz məhsul və xidmətlərində SİMA-nın yeni həllini tətbiq edə bilərlər. Məsələn bank kredit müraciətinə baxarkən istifadəçini identifikasiya etməlidirlər (yəni onun doğrudan da təqdim olunan şəxs olduğunu dəqiqləşdirməlidirlər – FED.az)».
İndiyədək bu proses şəxsiyyət vəsiqəsi və müxtəlif sənədləin toplanması ilə baş verirdi: «İndi isə hətta banka getmədən belə SİMA vasitəsilə kredit müraciətinə baxmaq mümkün olacaq. Bunun üçün banka yaxınlaşmaq tələb olunmayacaq, biometrik göstəricilərin köməyi ilə ölkənin istənilən yerindən banka müraciət edib təsdiqlənmək olar».
Bundan başqa, yeni rəqəmsal imza vasitəsilə insanlar özlərini dövlət qurumlarıvə özəl şirkətlərdə «təsdiqləyə» biləcəklər: «Əvvəllər bunun üçün turniketlərdə kart təqdim etmək və sair tələb olunurdu. İndi isə insanların 1 saniyəlik kameraya baxması kifayət edəcək».
Qurumdan bildirilib ki, yeniliyin tətbiqi ilə bağlı mümkün ssenarilər çoxdur, ümumiyyətlə insanların təsdiqi tələb olunan olunan bütün hallarda SİMA-dan istifadə etmək mümkün olacaq.
Qeyd edək ki, indiyədək bəzi qurumlar oxşar xidmət təklif ediblər, amma fərdi məlumatları saxlanması ilə bağlı rəsmi icazə ölkədə yalnız SİMA-dadır: «Bizdə o lisenziya var və biz tam qanuna şəkildə həmin xidmətləri təqdim edə bilərik. Daha etimadlı daha tez və təhlükəsiz xidmət təqdim edəcəyik»-deyə qurumdan bildirilib.