Banklar və “Azərpoçt” MMC sistemləri üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 356 min ədəd artaraq 18 milyon 923 min ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlmata görə keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 18.7% artıbr. Ödəniş kartlarında artım debet kartları üzrə 20.6%, kredit kartları üzrə 6.3% təşkil edib. Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.6 dəfə artıb. 2024-ci ilin sentyabr ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 7,154 mln. manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 6,069 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 1,076 mln. manatı POS-terminallar, 7.7 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 63.4%-ni təşkil edib.