Bu ilin noyabr ayında mobil vasitələrin bazar payı keçən ay ilə müqayisədə artıb.
Eləcə də bax: Yeni model mobil telefonlar çıxdıqca - Azərbaycanın Xərclərini Artırır
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Global stats”a görə, oktyabr ayında bazarda masaüstü vasitələrin payı üstünlük təşkil etsə də, noyabr ayında mobil vasitələr daha çox paya sahib olub.
Belə ki, noyabr ayında mobil vasitələrin bazar payı 56.46 % təşkil etdiyi halda oktyabrda bu göstərici 45.88% olub. Bu da cari ilin oktyabr ayı ilə müqayisədə 10.58% artım deməkdir.
Müvafiq dövrdə masaüstü vasitələrin bazardakı payı isə 42.3 faiz təşkil edib. Bununla da istifadə dairəsinə görə masaüstü vasitələr ölkədə ikinci pillədə qərar tutub. Oktyabr ayında isə masaüstü vasitələrin bazar payı 52.7 faiz təşkil edib.
Azərbaycan bazarlarında tablet istifadəçilərin sayı isə yenidən azalıb. Noyabr ayında bu vasitələrin bazardakı payı 1.24 faiz təşkil edib. Halbuki oktyabr ayında bu göstərici 1.42 faiz olub.