Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 595 mln. manat təşkil edib.
Eləcə də bax: "Azercell", "Bakcell", "Nar" - YARIM MİLYARD PUL QAZANIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.
Bu ilin səkkiz ayında informasiya və rabitə müəssisələri tərəfindən 1 413,0 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 72,3%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 1,1% artıb. (Apa)