Bu ilin yanvar-iyul aylarında Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilmiş xidmətlərin dəyəri real ifadədə ötən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 1 232,1 milyon manata yüksəlib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub.
Eləcə də bax: Dünyada smartfon satışı azalır - RƏQƏMLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumata görə, hesabat dövründə bu sahədə əldə edilmiş gəlirin 80,3%-i qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gəlirin 42%-i və ya 517,3 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
“Report”