Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə “Azercell Telecom” MMC, “Bakcell” MMC və “Azerfon” MMC arasında 10 il müddətinə müvafiq lisenziya müqavilələri bağlanıb.
Eləcə də bax: Azərbaycanın mobil rabitə sektorunun gəlirləri - 6%-dək Artıb
FED.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, bu müqavilələrə sellülar (mobil) rabitə xidmətləri (2G(GSM), 3G(UMTS) və 4G(LTE) texnoloji standartları) fəaliyyət növü üzrə lisenziyalar daxildir.
Mobil rabitə operatorlarına müvafiq lisenziyaların verilməsi onların öz abunəçilərinə yeni nəsil texnologiyalarından və texnoloji standartlardan istifadə etməklə daha səmərəli, keyfiyyətli və peşəkar xidmət göstərməsinə imkan yaradacaq.
Bununla yanaşı, lisenziya müqavilələrinin bağlanması ölkəmizdə dayanıqlı və təhlükəsiz rəqəmsal infrastrukturun inkişaf etdirilməsinə və rəqəmsal transformasiyanın sürətləndirilməsinə xidmət edəcək.
1996-cı ildən mobil rabitə operatorları fəaliyyətlərini müvafiq lisenziyalar əsasında həyata keçirir. Belə ki, “Azercell Telecom” və “Bakcell” həmin il, “Azerfon” isə 2005-ci ildə bazara daxil olaraq sellülar (GSM mobil) rabitə xidmətləri üzrə lisenziyaya uyğun olaraq telekommunikasiya xidmətləri göstəriblər. (Report)