Bu ilin yanvar-iyun aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 463 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd olunub ki, hesabat dövründə ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% artıb. Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 42,1%-ni təşkil edib.
"Cari ilin birinci yarısında informasiya və rabitə müəssisələri tərəfindən 1100,2 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 74,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri real ifadədə 5,5% artıb", - komitədən bildirilib. (Apa)