Ötən il Azərbaycanda fəaliyyət göstərən mobil operatorların gəlirləri açıqlanıb.
Eləcə də bax: Azərbaycan mobil internetin sürətinə görə bir pillə - İRƏLİLƏYİB
FED.az biznes və maliyyə xəbərləri portalı Qafqazinfo-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən il informasiya və rabitə sahədə fəaliyyət göstərən müəssisələr tərəfindən 2021-ci il ərzində əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 6,1 faiz artaraq 2 milyard 384,2 milyon manat təşkil edib. Xidmətlərin 75,8 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 41,2 faizi və ya 982,8 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.