2021-ci ilin dekabr ayında Azərbaycan mobil internetin sürətinə görə digər ölkələr arasında 1 pillə irəliləyib və 29,06 MB/S sürətlə 63-cü pillədə qərarlaşıb.
Eləcə də bax: Azərbaycan mobil internetin qiymətinə görə dünyada - 100-CÜ YERDƏDİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu barədə “Speedtest Global Index” məlumat verib.
Məlumatda deyilir ki, ötən ay Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə dünyada 121-ci yerdə qərarlaşıb ki, bu da noyabr ayı ilə eynidir. Dekabrda ölkədə sabit genişzolaqlı internetin orta sürəti 17,24 MB/S olub.
Sabit genişzolaqlı internetin sürəti ilə bağlı dünyanın 178 ölkəsində araşdırma aparılıb. Birinci yerdə Sinqapur (192,17 MB/S), sonuncu yerdə isə Əfqanıstan (1,70 MB/S) qərarlaşıb.
Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 138,38 MB/S sürətlə birinci, Türkmənistan isə 3,15 MB/S sürətlə sonuncu 138-ci yerdə qərarlaşıb.