2023-cü il üzrə ümumilikdə kompüterdən istifadə edən müəssisələrin sayı 16 min 94-ə bərabər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə bu 2022-cü ilin göstəricilərindən 194 müəssisə və ya 1,2% artıqdır.
2022-ci ildə kompüterdən istifadə edən müəssisələrin sayı 15 min 900 idi.