2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 2 139 ədəd stolüstü kompüter istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə 1 633 ədəd və ya 43,3% azdır.
2023-cü ilin yanvar-noaybr aylarında 3 772 ədəd kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə noutbuk istehsalı 3 artaraq 1 715 ədəd təşkil edib.