Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına istehlakçılar tərəfindən 166,7 mln. manat xərclənib.
Eləcə də bax: Azercell, Bakcell və Nar-ın gəlirləri artıb - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 92% və ya 79,8 mln. manat çoxdur.
Bu ilin aprel satışlarının dəyəri isə mart göstəricisi ilə müqayisədə 4,1 mln. manat və ya 9,1% azalaraq 41,1 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin ilk dörd ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 1,2%-i kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,5 faiz bəndi çoxdur. (Apa)