Bu ilin yanvar-aprel aylarında Azərbaycanda mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi 323,2 mln. manat təşkil edib.
Eləcə də bax: “Bakcell” 4G üzərindən səs xidmətini istifadəyə verib - ÖLKƏDƏ İLK
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə, ölkə üzrə mobil rabitə xidmətlərindən əldə olunan gəlirlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,3 mln. manat və ya 7,4% artıb.
Bu ilin aprel ayı ərzində mobil rabitə sektoru üzrə əldə olunan gəlirin həcmi ötən ilin eyni ayı ilə müqayisədə 2,8% və ya 2,3 mln. manat artaraq 84,2 mln. manat olub. Bu ilin mart ayı ilə müqayisədə isə bu göstərici 6,6% və ya 5,2 mln. manat artıb.
Mobil rabitə sektorunun gəlirləri ümumi telekommunikasiya bazarının gəlirlərinin 39,3%-ni təşkil edib.
“Cari ilin ilk dörd ayında ümumilikdə informasiya və rabitə müəssisələri tərəfindən 822,5 mln. manatlıq xidmət göstərilib. Xidmətlərin 76,5%-i əhali tərəfindən istehlak olunub. Ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə informasiya və rabitə xidmətlərin dəyəri cari ilin yanvar-aprel aylarında real ifadədə 14,8% artıb", - komitədən bildirilib. (Apa)