Yanvar-mart aylarında istehlakçılar pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,4 milyon manat xərcləyiblər.
Eləcə də bax: Azərbaycanda kompüter satışları - 2,3% Artıb
Dövlət Statistika Komitəsindən FED.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 2,4 faiz artıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.