Azərbaycanda amerikalı iş adamı İlon Maskın sahibi olduğu «Starlink» şirkətinin qurğularından istifadə etməyə rəsmən icazə verilib.
“Starlink” peyk xidmətlərinin Azərbaycanda aktivləşdirilməsi - TƏXİRƏ SALINIB
FED.az xəbər verir ki, noyabrın 18-də prezident İlham Əliyev “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 mart tarixli 310 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə yeni frəman imzalayıb.
İlon Maskın "Starlink" internetinin aylıq abunə haqqı - MƏLUM OLDU
Yeni fərmana əsasən sözügedən (yəni 2000-ci il tarixli 310 nömrəli) fərmanın 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk rabitə vasitələrinin,” sözləri çıxarılıb.
Xatırladaq ki, 2000-ci ildə imzalanan fərmanın həmin yerində deyilirdi ki, kosmik-peyk rabitə vasitələrindən yalnız dövlət qurumları, o cümlədən hüquq mühafizə orqanları istifadə edə bilər.
Həmin mətndə bildirilirdi ki, «Azərbaycan Respublikasının ərazisində… kosmik-peyk rabitə vasitələrinin istehsalı və istismarı dövlət müəssisələri və ya səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətləri, dövlət mühafizə obyektlərinin və siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilən obyektlərin mühafizəsi, vətəndaşların təhlükəsizliyinin qorunması müvafiq dövlət orqanları tərəfindən həyata keçirilir».
İndi isə fərmanın 3-cü hissəsinin birinci abzasından “kosmik-peyk rabitə vasitələrinin,” sözlərinin çıxarılması faktiki olaraq həmin qurğuların istifadə hüququna qoyulan məhdudiyyəti aradan qaldırır.
Qeyd edək ki, İlon Maska məxsus olan «Starlink» şirkətinin təqdim etdiyi internet xidməti də rportativ qurğu vasitəsilə internetin birbaşa peykdən alınması vasitəsilə təqdim edilir.
Artıq sözügedən şirkətin Azərbaycan filialı yaradılıb və yaxın gələcəkdə Azərbaycanda fəaliyyətə başlaması və internet xidmət təklif etməsi gözlənilir.
Sözügedən fərman da bu sahədəki məhdudiyəti aradan qaldırmaq üçün imzalanıb.