“Layihənin ikinci hissəsi vençur investisiyasına həsr olunub. Vençur investisiyası olduqca mühüm məsələdir. Çünki startapların inkişafını vençur investisiyası olmadan təsəvvür etmək çətindir. Müasir dövrdə biz Silikon Vadisinin təcrübəsini nəzərə alsaq, məhz vençur investorları startapların qısa zamanda böyüyüb, şirkətə çevrilməsində həll edici rol oynayır”.
Eləcə də bax: Türkiyənin vençur fondu Azərbaycanda - Nümayəndəlik Açıb
FED.az xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müşaviri Azər Bayramov deyib.
Azər Bayramov qeyd edib ki, Azərbaycanda investorlar əsasən ənənəvi yatırım sahələrinə üz tuturlar: “Vençur maliyyələşməsi proqramının məqsədi odur ki, riskli investisiya, vençur investisiya ilə bağlı müvafiq məlumatların verilməsi, onların praktiki və nəzəri biliklərlə təmin olunması, eyni zamanda, sözügedən proqramda simulyasiya təşkil olunacaq. Ümid edirik ki, proqramın reallaşması nəticəsində Azərbaycanda ilk vençur investorlarının formalaşmasında dəstək olacağıq”.
“Proqram ingilis dilində keçiriləcək. Proqrama qatılmaq istəyənlər ingilis dilini mükəmməl bilməlidirlər. Eyni zamanda, iştirakçılar 18 yaşından yuxarı olmalıdırlar. Həmçinin onu da qeyd edim ki, proqramda iştirak ödənişsizdir”, – deyə sədr müşaviri əlavə edib.
Vençur maliyyələşməsi — innovasiya kompaniyasının inkişafı və genişlənməsindən gəlir əldə etmək üçün yüksək riskli investisiya vəsaitidir (TED.az)