Türkiyənin "Boğaziçi Ventures" şirkəti Azərbaycanda nümayəndəliyini açıb.
Bu barədə FED.az-a İnnovasiya Agentliyindən bildirilib.
Qeyd edək ki, "Boğaziçi Ventures" şirkəti öz investisiya fondları vasitəsilə texnoloji müəssisələrə sərmayə yatırmaqla, onlara beynəlxalq bazarlarda inkişafını təmin edir.
İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmasından keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar "Boğaziçi Ventures" fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 mln. ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində "Boğaziçi Ventures"un daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək. (Apa)