Azərbaycanın “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən xəsarət alanların təxliyyəsi əməliyyatları üçün ambulans dron hazırlanır.
Eləcə də bax: Türkiyədə uçan avtomobil sınaqdan keçirildi - VİDEO
FED.az Banker.az-a istinadən xəbər verir ki, dronun layihələndirilməsi başa çatdırılıb və hazırda prototip yaradılma mərhələsindədir.
Ambulans dron nəqliyyat vasitələrinin hərəkət edə bilmədiyi, çətin keçilən ərazilərdən yaralıların və xəsarət alanların təxliyyəsi, habelə yüklərin nəqli üçün nəzərdə tutulur.
Qeyd edək ki, hazırda “İdrak Texnoloji Transfer” şirkəti tərəfindən müxtəlif təyinatlı bir neçə pilotsuz uçuş aparatı işlənilir.