Cari ilin fevralın 1-nə Azərbaycanda qurşadırılmış POS-terminalların sayı 88 min 751 ədəd təşkil edib.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
POS-terminalların 58 min 250-si Bakının, 30 min 501-i regionların payına düşüb.
İllik müqayisədə ümumi olaraq POS-terminalların sayı 8 min 871 ədəd (11,1%) artıb.
Bakıda POS-terminalların sayı isə 4 min 451 ədəd (8,3%), regionlarda isə 4 min 420 ədəd (16,9%) çoxdur.
Belə ki, 2023-ci ilin fevralın 1-nə ölkə üzrə 79 min 880 ədəd POS-terminallar olub ki, bunun da 53 min 799 ədədi Bakının, 26 min 81 ədədi regionların payına düşüb.
Ümumilikdə hesabat dövründə Azərbaycanda 120 nəfərə bir POS-terminal düşüb. Bu dövrdə bir POS-terminala düşən əməliyyatların orta aylıq həcmi 12 min 39manat təşkil edib.
İqtisadi rayonlara düşən POS-terminalların sayı isə aşağıdakı cədvəldə verilib.
|
CƏMİ |
88 751 |
1 |
Bakı iqtisadi rayonu |
58 250 |
2 |
Naxçıvan iqtisadi rayonu |
2 224 |
3 |
Abşeron-Xızı iqtisadi rayonu |
5 500 |
4 |
Dağlıq Şirvan iqtisadi rayonu |
1 294 |
5 |
Gəncə-Daşkəsən iqtisadi rayonu |
4 014 |
6 |
Qarabağ iqtisadi rayonu |
1 851 |
7 |
Qazax-Tovuz iqtisadi rayonu |
2 251 |
8 |
Quba-Xaçmaz iqtisadi rayonu |
2 770 |
9 |
Lənkəran-Astara iqtisadi rayonu |
2 448 |
10 |
Mərkəzi Aran iqtisadi rayonu |
2 696 |
11 |
Mil-Muğan iqtisadi rayonu |
1 108 |
12 |
Şəki-Zaqatala iqtisadi rayonu |
2 849 |
13 |
Şərqi Zəngəzur iqtisadi rayonu |
55 |
14 |
Şirvan-Salyan iqtisadi rayonu |
1 441 |