2024-cü ilin fevralın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 239,7 milyon manat olub.
FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.
Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 39,8 milyon manat və ya 19,9% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin fevralın 1-nə Azərbaycan banklarının faiz gəlirləri 199,9 milyon manat olub.