“Paynet şirkəti vasitəsilə Azərbaycanda ən çox ödəniş olunan anti-virus proqramları Kasperisky və Esednot32-dir”.
FED.az xəbər verir ki, bunu TED.az-a açıqlamasında Paynet şirkətinin marketinq meneceri Valeriya Qəniyeva deyib.
Eləcə də bax: “InnoWeek – İnnovasiya həftəsi” çərçivəsində “Kaspersky Security Day” keçirilib
Valeriya Qəniyeva bildirib ki, elektron ödənişlər aqreqatoru olan Paynet şirkəti 15 ilə yaxındır ki, Azərbaycanda fəaliyyət göstərir: “Ölkə əhalisi şirkətin xidmətlərindən geniş istifadə edir. Elektron ödənişlər daha çox proqram təminatları və anti-virus proqramları üçün olur. Eyni zamanda kommunal ödənişləri də üstünlük təşkil edir”.