Azərbaycanın ən populyar məişət texnikası brendi məlum olub. FED.az xəbər verir ki, söhbət soyuducu, TV, paltaryuyan, kondisioner və qaybyuyan kimi əşyalardan gedir.
Eləcə də bax: Dövlətdən pul alıb "moyka" açıb
Business Insight araşdırmalar mərkəzinin apardığı Araşdırma göstərib ki, demək olar ki, hər iki evdən birində «Samsung» brendi «ev dostu» kimi daha populyardır. «Samsung» markası ilə ən çox rəqabətdə olan və «büdcə dostu» kimi qeydə alınan marka isə «LG»-dir.
Eləcə də bax: Azərbaycanlılar ən çox hansı smartfondan istifadə edir?
Sorğu nəticəsində məlum olub ki, 1208 ev təsərrüfatından 1036-da (86%) bu 5 markadan ən az biri var. Qalanlarında (172 ev) başqa markalardır.
1086 ev təsərrüfatının 650-də (63%) «Samsung», 590-da (57%) «LG», 235-də (23%) «Beko», 97-də (9%) «İndesit», 82-də (8%) isə «Siemens» markası var.
Eləcə də bax: Bu qitədə Azərbaycan məhsullarının – SATIŞINA BAŞLANDI
Bəzi evlərdə bu 5 brenddən bir neçəsi də var.