Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramının icrası işləri Sumqayıt şəhərində və Xızı rayonunda da davam etdirilir.
Cari ildə Sumqayıt şəhəri və Xızı rayonu üzrə 231 işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir hissəsi əlillliyi olanlar, aztəminatlı, çoxuşaqlı, şəhid, məcburi köçkün, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri və digər həssas qruplara aid olanlardır. Həmin 231 nəfərdən artıq 50-dək şəxsə mal və materiallar verilməklə kiçik ailə təsərrüfatları yaradılıb. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam edir.
Proqram çərçivəsində yaradılan yeni təsərrüfatların bir hissəsi də istehsal və xidmət sahələrini əhatə edir. Belə ki, özünüməşğulluq proqramı iştirakçılarından bir neçəsi verilmiş mal və materiallar hesabına un məmulatları, şirniyyat istehsalı sexləri, avtoyuma məntəqəsi və s. yaradaraq istifadə edirlər. Eyni zamanda proqram çərçivəsində heyvandarlıq sahəsi üzrə də bir çox təsərrüfatlar yaradılıb.