Azərbaycanda elektron ticarətin (e-ticarət) həcmi son 3 ildə (2018-2020-ci illər ərzində) 5 dəfə artıb.
Eləcə də bax: Azərbaycan əhalisi nağd ödənişə üstünlük verir, yoxsa onlayn alış-verişə? – Sorğu
FED.az xəbər verir ki, bunu "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar son bir ildə şirkətin fəaliyyətinə həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, bu rəqəm qeyd olunan müddət ərzində 0,6 mlrd. manatdan 3,7 mlrd. manata yüksəlib: "Qarşıdakı illərdə bu sahədə daha çox artım gözlənilir. Belə ki, bundan əvvəl e-ticarətdən istifadə etməyən insanlar elektron alış-verişə üstünlük verəcək". (Apa)