Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 46 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.
FED.az Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında aparılmış hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 28 % azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 200 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur.
2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb (Report).