Koronavirusa yoluxması təsdiqlənən və müalicəsini evdə davam etdirən vətəndaş təcrid müddətində mobil telefonunu işlək vəziyyətdə saxlamalı olacaq.
Eləcə də bax: Nazirlər Kabineti qərarında - DƏYİŞİKLİK ETDİ
FED.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydalarının təsdiq edilməsi barədə” qərarına edilən dəyişiklikdə qeyd olunub.
Dəyişikliyə görə, evdə təcrid olunacaq şəxslərə telefonun söndürülməsinin yolverilməzliyi, eləcə də mobil tətbiq vasitəsilə yaşadığı və ya olduğu yeri tərk etməsinin mümkünlüyü barədə xəbərdarlıq ediləcək və onlardan bu barədə yazılı iltizam alınacaq.
Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilən şəxs iltizamı imzalamaqdan imtina etdikdə, bu barədə (ona qanunda nəzərdə tutulmuş məsuliyyəti barədə xəbərdarlıq edildiyi göstərilməklə) 2 nüsxədə akt tərtib ediləcək Aktın bir nüsxəsi yoluxucu xəstəliyə tutulma faktı təsdiq edilən şəxsə veriləcək, digəri isə tibb müəssisəsində qalacaq. (TED)