Nazirlər Kabineti “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 2020-ci il 9 iyun tarixli 196 nömrəli qərarında dəyişiklik edib.
Eləcə də bax: Karantin günlərində işləyəcək qurumlar - SİYAHI
FED.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişiklikdə deyilir:
“Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 9 iyun tarixli 196 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
1. 1.1.3-cü yarımbəndə “fəaliyyəti” sözündən sonra “, habelə dərman vasitələrinin sifarişlə ünvanlara çatdırılmasını həyata keçirən apteklər” sözləri əlavə edilsin;
2. 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.1.16-cı yarımbənd əlavə edilsin: “1.1.16. rayonlarda kənd təsərrüfatı məhsullarının toplanması ilə bağlı fəaliyyət, habelə növbəli suvarma, təxirəsalınmaz baytarlıq və bitki mühafizə xidmətləri.”;
3. 1.2-ci bənddə, 2-ci, 4-cü və 6-cı hissələrdə “1.1.15-ci” sözləri “1.1.16-cı” sözləri ilə əvəz edilsin; 2
4. 1.3-cü bənddən hər iki halda “şəxsi” sözləri çıxarılsın, “1.2.2-ci yarımbəndində” sözləri “1.1.16-cı və 1.1.2-ci yarımbəndlərində” sözləri ilə əvəz edilsin və “avtomobillər” sözündən sonra “və kənd təsərrüfatı texnikaları” sözləri əlavə edilsin.
5. 4-cü hissəyə “məlumatlar” sözündən sonra “gücləndirilmiş” sözü əlavə edilsin;
6. aşağıdakı məzmunda 4-1-ci hissə əlavə edilsin: “4-1. Bu Qərarın 1.1.16-cı yarımbəndində göstərilən sahələrdə fəaliyyət göstərən fiziki şəxslərin hərəkətinə olduğu yer üzrə yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı əsasında yol verilir. Fermer tərəfindən müvafiq arayış xüsusi karantin rejiminin sərtləşdirilməsinin nəzərdə tutulduğu günədək əldə edilir və arayışda fiziki şəxsin soyadı, adı, atasının adı, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, hərəkətinə icazə verilən ərazi və arayışın qüvvədə olduğu müddət göstərilir.”;
7. 5-ci hissədə “1.2.1-ci və 1.2.2-ci yarımbəndlərinin” sözləri “1-5-ci hissələrinin” sözləri ilə əvəz edilsin;
8. 6-cı hissəyə “1.1.1” rəqəmlərindən sonra “, 1.1.3” rəqəmləri əlavə edilsin.