Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatların həcmində artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə bankomatlar vasitəsi ilə 3 milyard 263 milyon manatlıq əməliyyat aparılıb.
Bu da illik müqayisədə 582 milyon manat (21,7%), aylıq müqayisədə 359 milyon manat (12,4%) artım deməkdir.
Belə ki, bankomatlar vasitəsilə 2022-ci ilin noyabrın 1-nə 2 milyard 681 milyon manatlıq, cari ilin oktyabrın 1-nə 2 milyard 904 milyon manatlıq əməliyyat aparılıb.