Azərbaycanda bankomatlar vasitəsilə üzrə əməliyyatların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 14 milyon 662 min ədəd olub.
Bu da illik müqayisədə 3 milyon 505 min (31,4%), aylıq müqayisədə 1 milyon 999 min ədəd (15,8%) artım deməkdir.
Belə ki, 2022-ci ilin noyabrın 1-nə bu növ əməliyyatların sayı 11 milyon 157 min ədəd, cari ilin oktyabrın 1-nə 12 milyon 663 min ədəd olub.