2024-cü il ərzində bank müştərilərinin cari hesablarından kağız daşıyıcılar və rəqəmsal bankçılıq vasitəsilə aparılan köçürmələrin sayı 694.7 mln. ədəd, həcmi isə 456.8 mlrd. manat təşkil edib.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.
Aparılan köçürmələrin say üzrə 93.5%-i, həcm üzrə isə 77.4%-i məhz rəqəmsal bankçılıq vasitəsilə reallaşdırılıb.
2024- cü il ərzində internet bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi 2023-cü illə müqayisədə 21% artaraq 274.7 mlrd. manata yüksəlib.
Mobil bankçılıq xidmətləri vasitəsilə aparılan müştəri köçürmələrinin həcmi isə 38% artaraq 63.9 mlrd. manat olub.