Azərbaycanda rəqəmsal xidmələri genişləndirmək və əhalinin belə xidmətlərə marağını artırmaq üçün hazırda mövcud olan ASAN Xidmət mərkəzləri və DOST mərkəzlərindən istifadı etmək olar.
Azərbaycanda banklar üçün yenilik – ÜZDƏN TANIYIB KREDİT VERƏCƏKLƏR
Bu barədə FED.az-a müsahibəsində Dünya Bankının Azərbaycan üzrə regional meneceri Sara Maykl bildirib.
Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə çıxışından sonra FED.az-a açıqlama verən DB nümaynədəsi bildirib ki, rəqəmsal xidmətlərin əhatə dairəsini artırmaq üçün əhalinin rəqəmsal bacarıqları artmalıdır və bunun üçün hazırda mövcud olan
ASAN və DOST sistemlərindən istifadə etmək olar. «ASAN indi hər yerdədir, təkcə Bakıda və iri şəhərlərdə deyil, ölkənin hər bölgəsində onun xidmətlərindən istifadə etmək olur. Onun xidmətləri o qədər geniş və çeşidlidir ki, bu xidmətlər hər demoqrafik yaş qrupuna daxil olan adamlar üçün maraqlıdır. Orada ən gənc insandan tutmuş, ən qoca nənə üçün aktual ola biləcək xidmətlər var.
Hazırda onlar həmin xidmətləri almaq üçün şəxsən ASAN Xidmət Mərkəzlərinə gedirlər. Amma bu infrastruktur imkan verər ki, onlar başa düşsünlər ki, eyni xidmətləri rəqəmsal olaraq da ala bilərlər. Bu xidmətlərin olması düşüncələrdə dəyişiklik yarada bilər».
DB nümaynədəsinin sözlərinə görə, buna nail olmaq üçün ASAN Xidmət və ya DOST mərkəzlərinin əməkdaşları xidmət göstərdikləri şəxslərə bu xidmətləri onlayn ala biləcəklərini də izah etməli və bunu onlara öyrətməlidirlər:
«Əgər mənə desələr ki, bu xidməti online ala bilərəm, bu mənə aid deyilsə ona çox da fikir verməyəcəm. Amma ASAN-ın xidmətləri hər kəsin həyatına təsir edən xidmətlərdir. Ora gedəndə insanlar görsə ki, bu xidmətləri həm də bura gəlmədən ala bilər, bu hansısa şəkildə stimul yarada bilər, eyni zamanda ASAN özü də də maarifləndirmədə iştirak edər».
Sara Maykl bildirib ki, bu addım Azərbaycanda insanların rəqəmsal vərdişlərin artıracaq: «Tutaq ki, hansısa yaşlı bir adam məktəbə gedib rəqəmsal bacarıqlar öyrənmək istəməyəcək, amma ASAN-a hansısa xidmət üçün gedəndə və ona deyəndə ki, bu xidməti əldə etmək üçün telefonda hara girmək, nə etmək lazımdır, bunu ona göstərsələr və öyrətsələr o artıq bundan istifadə edə bilər».