Azərbaycanda 5G xidmətlərinin göstərilməsi mobil rabitə sektorunun inkişafını sürətləndirəcək.
Azərbaycanda 5G-ni ilk tətbiq edəcək mobil şirkətin - ADI AÇIQLANDI
FED.az xəbər verir ki, bunu GSMA-nın baş direktoru Mats Qranrid "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.
Onun sözlərinə görə, mobil sahə telekommunikasiya sənayesini inkişafdan qalmamağa vadar edir.
"5G-nin qlobal iqtisadiyyatda mobil rabitə sahəsinin və investisiyaların inkişafını sürətləndirməyə imkan verəcəyini gözləyirik. Hazırda Qafqaz regionu rəqəmsal transformasiya keçirir. Azərbaycanda bir sıra mobil operatorlar artıq 5G xidmətini göstərməyə başlayıblar ki, bu da həmin sahənin inkişafını sürətləndirməyə imkan verəcək. Hesab edirəm ki, mobil rabitəyə kapital qoymanı sürətləndirmək üçün vergi rüsumlarını təkrar gözdən keçirmək, həmçinin yeni təşviq mexanizmləri hazırlamaq lazımdır", - o deyib.
GSMA-nın baş direktoru həmçinin planet əhalisinin yarısının mobil internetdən istifadə etmədiyini bildirib. Bu gün dünyada 5,4 milyard mobil internet istifadəçisi var.
"Dünya əhalisinin 400 milyonu internetlə əhatə olunmayan rayonlarda, 3,2 milyardı isə internetin mövcud olduğu, lakin istifadə edilmədiyi rayonlarda yaşayır", - o deyib.
Qranridin fikrincə, mobil rabitə hamı üçün əlçatan edilməlidir. (Trend)