Azərbaycan pandemiyalı 2020-ci il ərzində mobil telefon idxalını bir qədər də artırıb.
Eləcə də bax: Azərbaycanda kompüterlərin bazar payı artır, mobil telefonların - Payı Azalır
FED.az Banker.az-a istinadən xəbər verir ki, mobil telefon idxalı 2019-cu illə müqayisədə 168 771 ədəd, yəni 12% artıb.
Mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları 1 575 840 ədəd təşkil edib.
İdxal edilmiş bu telefonlara görə idxalın dəyəri 207.68 milyon dollar təşkil edib. Bu da öncəki illə müqayisədə 28% çoxdur.
İdxal edilmiş telefonların 1 126 130 ədədi Çin Xalq Respublikasından(136.98 mln dollar), 349 210 ədədi isə Vyetnamdan (53.71 mln dollar) gətirilib.