2024-cü ilin yanvar-may aylarında Azərbaycana dəyərində 525 966 ədəd smartfon idxal edilib.
“Samsung” iyulda Azərbaycanın mobil cihaz bazarındakı payının 13 %-ni itirib
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 5 ayı ərzində idxal edilən telefonların dəyəri 148 milyon 228 min dollar təşkil edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə idxal olunmuş smartfonların sayı 21,3% başqa sözlə 92 283 ədəd çoxdur. Sayın artımı ilə paralel olaraq xərclənmiş pulun da dəyərində artım olub belə ki, smartfon idxalına çəkilən xərc 2023-cü ilin ilk 5 ayı ilə müqayisədə 26,3% və ya 30 milyon 822 min dollar çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk yanvar-may ayları ərzində ölkəyə 117 milyon 406 min dollar dəyərində 433 683 ədəd smartfon idxal edilib.
İdxal və ixrac göstəriciləri haqqənda daha detallı məlumat aşağıdakı cədvəldə :
Malın adı |
Ölçü vahidi |
İdxal |
İxrac |
||
miqdarı |
məbləği (min ABŞ dolları) |
miqdarı |
məbləği (min ABŞ dolları) |
||
2024-cü il yanvar-may |
ədəd |
525966 |
148228.9 |
804 |
132.02 |
2023-cü il yanvar-may |
ədəd |
433683 |
117406.6 |
911 |
165.05 |
Bu ilin ilk 5 ayı ərzində ölkəyə gətirilən smartfonlar əsasən Çindən (400 896 ədəd), Vyetnamdan (91 482 ədəd), Hindistandan (31 323 ədəd) və Amerika Birləşmiş Ştatlarından ( 2061 ədəd ) idxal edilib. 1 ədəd smartfonun orta idxal qiyməti ilk 5 ayın nəticələrinə əsasən 282 dollara başa gəlib.
Smartfon idxalı ən baha qiymətə 1 526 dollara Malayziyadan, ən ucuz qiymətə 233 dollara Hindistandan gətirilib.
Ölkələr və saylar haqqında ətraflı aşağıdakı cədvəldə:
İdxal edilən ölkələr |
Say (ədəd) |
Mələğ (dollar) |
Orta idxal qiyməti (dollar) |
Smartfonlar |
525 966 |
148 228 880 |
282 |
Malayziya |
17 |
25 940 |
1 526 |
Almaniya |
3 |
3 560 |
1 187 |
Amerika Birləşmiş Ştatları |
2 061 |
2 412 700 |
1 171 |
Birləşmiş Ərəb Əmirlikləri |
50 |
56 870 |
1 137 |
Koreya Respublikası |
4 |
4 420 |
1 105 |
Sinqapur |
9 |
9 380 |
1 042 |
Tailand |
20 |
13 700 |
685 |
Fransa |
26 |
12 120 |
466 |
Vyetnam |
91 482 |
31 050 600 |
339 |
İndoneziya |
75 |
22 720 |
303 |
Çin |
400 896 |
107 314 750 |
268 |
Hindistan |
31 323 |
7 302 110 |
233 |