2024-cü ilin yanvar-iyun aylarında Azərbaycana dəyərində 629 min 044 ədəd smartfon idxal edilib.
“Samsung” iyulda Azərbaycanın mobil cihaz bazarındakı payının 13 %-ni itirib
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin ilk 6 ayı ərzində idxal edilən telefonların dəyəri 174 milyon 186 min dollar təşkil edib.
Keçən ilin eyni dövrü ilə müqayisədə idxal olunmuş smartfonların sayı 14,7% başqa sözlə 80 min 513 ədəd çoxdur. Sayın artımı ilə paralel olaraq xərclənmiş pulun da dəyərində artım olub. Belə ki, smartfon idxalına çəkilən xərc 2023-cü ilin ilk 6 ayı ilə müqayisədə 21,9% və ya 31 milyon 317 min dollar çoxdur.
Qeyd edək ki, 2023-cü ilin ilk yanvar-iyun ayları ərzində ölkəyə 142 milyon 870 min dollar dəyərində 548 min 531 ədəd smartfon idxal edilib.
1 ədəd smartfonun orta idxal qiyməti bu ilin ilk yarsının nəticələrinə görə 277 dollar (471 manat) təşkil edib kİ, bu da illik müqayisə ilə 16 doilar və ya 28 manat çoxdur.
|
ÖLKƏLƏR |
SAY ƏDƏD |
MƏBLƏĞ (DOLLAR) |
ORTA İDXAL QİYMƏTİ (DOLLAR) |
ORTA İDXAL QİYMƏTİ (MANAT) |
S/N |
Smartfonlar |
629044 |
174186320 |
277 |
471 |
1 |
Malayziya |
17 |
25940 |
1526 |
2594 |
2 |
Almaniya |
3 |
3560 |
1187 |
2017 |
3 |
Birləşmiş Ərəb Əmirlikləri |
110 |
127370 |
1158 |
1968 |
4 |
Amerika Birləşmiş Ştatları |
2396 |
2772720 |
1157 |
1967 |
5 |
Koreya Respublikası |
4 |
4420 |
1105 |
1879 |
6 |
Sinqapur |
9 |
9380 |
1042 |
1772 |
7 |
Tailand |
20 |
13700 |
685 |
1165 |
8 |
Fransa |
26 |
12120 |
466 |
792 |
9 |
Vyetnam |
104642 |
34576380 |
330 |
562 |
10 |
İndoneziya |
75 |
22720 |
303 |
515 |
11 |
Çin |
479578 |
127223570 |
265 |
451 |
12 |
Hindistan |
42164 |
9394440 |
223 |
379 |