2025-ci ilin yanvar ayında Azərbaycana toplam dəyəri 26 milyon 18 min ABŞ dolları olan 107 min 675 ədəd smartfon idxal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə bu göstərici say baxımından 10 min 12 ədəd və ya 8,5%, dəyər baxımından isə 9 milyon 398 ABŞ dolları və ya 26,5% azdır.
2023-cü il ərzində ölkəyə 35 milyon 416 min dollar dəyərində 117 min 687 ədəd smartfon gətirilmişdi
Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 411 manata bərabər olub. Bu da illik 100 manat və ya 19,7% azdır.
2023-cü ildə 1 ədəd smartfonun orta idxal qiyməti 512 manat idi.
Bu dövrdə ölkəyə smartfon Çindən (92 935 ədəd), Vyetnamdan (13 718 ədəd), Hindistandan (792 ədəd) Koreyadan (230 ədəd) gətirilib.
Bu məhsul ən yüksək qiymətə Vyetnamdan 623 manatavə Hindistandan 585 manata idxal edilib.
Ən aşağı qiymətə Çindən 378 manata, və Koreyadan 204 manata gətirilib.
|
Ölkələr |
Elektromobillər (ədəd) |
Məbləğ (dollar) |
1 ədəd eletromobilin orta idxal qiyməti (dollar) |
1 ədəd eletromobilin orta idxal qiyməti (manat) |
S/n |
Smartfonlar |
107 675 |
26 017 750 |
$242 |
411 ₼ |
1 |
Çin |
92 935 |
20 687 700 |
$223 |
378 ₼ |
2 |
Hindistan |
792 |
272 770 |
$344 |
585 ₼ |
3 |
Koreya Respublikası |
230 |
27 600 |
$120 |
204 ₼ |
4 |
Vyetnam |
13 718 |
5 029 670 |
$367 |
623 ₼ |