Kiçik və orta biznesin rəqəmsallaşmasında Sinqapur təcrübəsi öyrəniləcək.
Azərbaycanda rəqəmsal sənəd dövriyyəsi alt sisteminə 1 000-dən çox şirkət qoşulub
FED.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) məlumat yayıb.
Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Sinqapur dövlətinin “Singapore Cooperation Enterprise” qurumu arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum Kiçik və Orta Biznesin (KOB) rəqəmsallaşdırılması sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində qurumlar rəqəmsal hökumət xidmətləri, siyasət və tənzimləyici çərçivələr istiqamətində bacarıqların inkişafı və bilik mübadiləsini həyata keçirəcəklər.
Qeyd edək ki, Sinqapur KOB-ların rəqəmsallaşması sahəsində geniş təcrübəyə malikdir və bu istiqamətdə 2017-ci ildən fəaliyyət göstərir. Memorandumun məqsədi KOB-ların rəqəmsallaşdırılması və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.