Xəbər verildiyi kimi, 2025-ci il ərzində Azərbaycana 457,3 milyon dollar həcmində 1 milyon 344 min ədəd smartfon idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2025-ci ilin nəticələrinə görə Azərbaycana idxal edilən bir smartfonun orta idxal qiyməti 340 dollar (578 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 291 dollar (495 manat) idi. Bu da illik müqayisədə telefonun bir ədədinin 49 dollar (83 manat) bahalaşması deməkdir.
Hesabat dövründə ən bahalı smartfonlar Almaniyadan (3 206 manat), Malayziyadan (2 193 manat) və Yaponiyadan (1 913 manat), ən ucuz smartfonlar Koreyadan (204 manat) və Çindən (565 manat) gətirilib. Smartfonların orta idxal qiymətində ən kəskin bahalaşma Hindistan, ən kəskin ucuzlaşma Koreya üzrə qeydə alınıb.
|
Ölkə |
1 smartfonun orta qiyməti (AZN) |
Artıb- azalma (AZN) |
Artıb- azalma (%) |
|
|
|
2024-cü il |
2025-ci il |
|
|
|
ORTA QİYMƏT (Ümumi) |
495 ₼ |
578 ₼ |
+83 ₼ |
+16,8% |
|
Çin |
477 ₼ |
565 ₼ |
+88 ₼ |
+18,4% |
|
Vyetnam |
583 ₼ |
612 ₼ |
+29 ₼ |
+5,0% |
|
Hindistan |
450 ₼ |
1 027 ₼ |
+577 ₼ |
+2,3 dəfə |
|
İndoneziya |
404 ₼ |
472 ₼ |
+68 ₼ |
+16,8% |
|
Koreya Resp. |
1 757 ₼ |
204 ₼ |
-1 553 ₼ |
-8,6 dəfə |
|
Malayziya |
2 594 ₼ |
2 193 ₼ |
-401 ₼ |
-15,5% |
|
Yaponiya |
1 796 ₼ |
1 913 ₼ |
+117 ₼ |
+6,5% |
|
Almaniya |
3 125 ₼ |
3 206 ₼ |
+81 ₼ |
+2,6% |










