2025-ci il üzrə Azərbaycan smartfon idxalında bazra payı böyüyən və kiçilən ölkələr məlum olub.
FED.az biznes və maliyyə xəbərləri protalı xəbər verir ki, Azərbaycan smartfon idxalında ən yüksək pay Çinin üzərinə düşür. 2024-cü ildə ölkəyə gətirilən telefonların 79,53%-i Çin istehsalı idisə, 2025-ci ildə bu rəqəm 0,91 faiz bəndi artaraq 80,44%-ə çatıb. Bu o deməkdir ki, Azərbaycan istehlakçılarının aldığı hər 100 telefondan 80-i Çindən gəlir. Çin 2024-cü ildə Azərbaycana 1 milyon 201 min ədəd smartfon idxal etmişdisə 2025-ci ildə bu göstərici 1 milyon 81 mini ötüb. Artım miqdar ifadəsində 119 min ədəd və ya 10% azalma deməkdir. İdxaldakı azalmaya baxmayaraq Çin bazar payını yüksəldib.
Bazar payını ən çox artıran ölkə Vyetnam olub. Bu ölkənin Azərbaycan bazarındakı payı bir il ərzində 15,22%-dən 18,44%-ə yüksəlib. 3,22 faiz bəndi artım göstərən Vyetnam, bazardakı mövqeyini xeyli möhkəmləndirib. Vyetnamdan gətirilən smartfonların sayı 18 mindən çox (7,9%) artaraq 230 min ədəddən 248 min ədədə yaxınlaşıb.
İlin ən böyük itkisi Hindistan bazarında qeydə alınıb. Əvvəlki illərdə bazarda aktiv olan Hindistanın payı kəskin şəkildə azalıb. 2024-cü ildə bazarın 4,95%-nə sahib olan Hindistan, 2025-ci ildə cəmi 1,05% payla kifayətlənib. Bazar payı 3,90 faiz bəndi azalıb. Hindistanda idxal olunan smartfonların miqdarında da kəskin azalma baş verib. Belə ki, bu ölkədən 2025-ci ildə 14,1 min ədəd smartfon gətirilib. Halbuki, 2024-cü ildə 74,7 min ədəd idxal qeydə alınmışdı. Bu da illik 60,5 min dəd və ya 5,3 dəfə azalma deməkdir.
Maraqlı məqamlardan biri də ABŞ-dan birbaşa idxalın dayanma həddinə çatmasıdır. 2024-cü ildə bazarın 0,21%-nə (3225 ədəd) sahib olan ABŞ, 2025-ci ildə cəmi 1 ədəd telefon idxalı ilə statistikada 0% paya düşüb.
Eyni zamanda BƏƏ, Sinqapur, Ukrayna və Yaponiyanın bazar payları sıfıra yaxınlaşıb.
|
Ölkə |
Bazar payı (%) |
|
|
|
2024 |
2025 |
|
Çin |
79,5% |
80,4% |
|
Vyetnam |
15,2% |
18,4% |
|
Hindistan |
5,0% |
1,1% |
|
ABŞ |
0,0001% |
0,21% |
|
Digər |
0,3% |
0,1% |
2025-ci il ərzində Azərbaycana 457,3 milyon dollar həcmində 1 milyon 344 min ədəd smartfon idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, smartfon idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 17 milyon 369 min dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 165 min 473 ədəd, başqa sözlə 11% azalıb.
Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 439 milyon 952 min dollar dəyərində 1 milyon 510 min ədəd smartfon idxal olunmuşdu.
Hesabat dövründə ən çox smartfon Çindən və Vyetnamdan idxal olunub. Çindən 1 milyon 81 min 425, Vytenamdan isə 247 min 866 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Almaniya (7), Yaponiya (20) və Malayziya (29) kimi ölkələrdən gətirilib. Çinin idxal payı bu dövrdə ümumi bazar 80,44%, Vyetnamın 18,44%, Almaniyanın və Yaponiyanın 0,001%, Malayziyanın 0,002% təşkil eidb.
Smartfon idxalında ən kəskin artım Koreya (97,4%) və Malayziyada (70,6%) baş verib. Ən kəsin azalma isə Hindistan (5,3 dəfə), Yaponiya (16,1 dəfə) və Almaniyada (36,4%) qeydə alınıb.
|
Ölkə |
Say (2025) |
Məbləğ min dollar (2025) |
Artıb -azalma (Say - ədəd) |
Artıb -azalma (Say %) |
|
CƏMİ |
1 344 329 |
457 322 |
-165 473 |
-11,0% |
|
Çin |
1 081 425 |
359 225 |
-119 329 |
-9,9% |
|
Vyetnam |
247 866 |
89 289 |
+18 067 |
+7,9% |
|
Hindistan |
14 133 |
8 535 |
-60 525 |
-5,3 dəfə |
|
İndoneziya |
606 |
168 |
+411 |
3,1 dəfə |
|
Koreya Resp. |
231 |
28 |
+114 |
+97,4% |
|
Malayziya |
29 |
37 |
+12 |
+70,6% |
|
Yaponiya |
20 |
22 |
-301 |
-16,1 dəfə |
|
Almaniya |
7 |
13 |
-4 |
-36,4% |
Nəticədə 2025-ci il üzrə Azərbaycan smartfon idxalı bazarında ölkələrin payı dəyişib.
Bazarda ən böyük paya malik olan Çinin payı 80%-dən yuxarı qalxıb. Yəni Azərbaycana gətirilən hər 100 telefondan 80-i Çindən gəlir.
İdxalda 2-ci yeri Vyetnam tutur – bu ölkələn Azərbaycana gətirilən smartfonların sayı 230 mindən 248 minə, bazar payı 15,2%-dən 18,4%-ə yüksəlib.
Əsas azalma Hindistandan gətirilən smartfonlarda baş verib. 2024-cü ildə 74 min smartfon gətirilsə də, 2025-də bu rəqəm 14 minə enib, bazar payı isə 5%-dən 1%-ə düşüb.
Maraqlı məqamlardan biri də ABŞ-dan idxalın tamamilə dayanmasıdır, halbuki 2024-cü ildə bu ölkələn Azərbaycana 3225 ədəd smartfon gətirilmişdi. b.
Eyni zamanda BƏƏ, Sinqapur, Ukrayna və Yaponiyanın bazar payları sıfıra yaxınlaşıb.
|
Ölkə |
Bazar payı (%) |
|
|
|
2024 |
2025 |
|
Çin |
79,5% |
80,4% |
|
Vyetnam |
15,2% |
18,4% |
|
Hindistan |
5,0% |
1,1% |
|
Digər |
0,3% |
0,1% |
2025-ci ildə Azərbaycanın smartfon aldığı ölkələr azalıb - 8 ölkədən idxal tamamilə dayanıb - Ukrayna, Sinqapur, Yamayka, Tailand, Fransa, Qətər, Avstriya və Kanadadan smartfon gətirilməyib.
|
Status |
Ölkə |
İdxal Həcmi (ədəd) |
|
BAZARA DAXİL OLANLAR (2025) |
Meksika |
3 |
|
Bolqarıstan |
1 |
|
|
BAZARDAN ÇIXANLAR (2024) |
Ukrayna |
108 |
|
Sinqapur |
59 |
|
|
Yamayka |
43 |
|
|
Tailand |
40 |
|
|
Fransa |
26 |
|
|
Qətər |
6 |
|
|
Avstriya |
5 |
|
|
Kanada |
2 |










