Azərbaycan Polşa ilə Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) inkişafını və aviasiya sahəsinə dair fikir mübadiləsi aparıb, potensial imkanları nəzərdən keçirib.
Azərbaycanla Özbəkistan Orta Dəhlizdə yükdaşımaların artırılmasını - MÜZAKİRƏ EDİB
FED.az xəbər verir ki, bunu Azərbaycan rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün "Twitter" hesabında yazıb.
R. Nəbiyev Azərbaycanda səfərdə olan Polşanın iqtisadi inkişaf və texnologiya nazirinin müavini Qjeqoj Pexoviak ilə görüşüb.
“Görüşdə Azərbaycan və Polşa arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik”, - nazir qeyd edib.
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır.