İstehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində 2021-ci ilin yanvar-iyul aylarında kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 193.9 milyon manat xərcləyib.
Eləcə də bax: Azərbaycana mobil telefonların idxalı - Kəskin Artıb
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.
Belə ki, ötən ilin 7 ayına nisbətən cari ildə kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının satışından gəlir 18.6% artıb.
2021-ci ilin yanvar-iyul aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 0.8 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.