Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Avropa İttifaqının (Aİ) büdcəsindən süni intellektin inkişafı üçün əlavə 20 milyard avro ayrılacağını elan edib.
5 il sonra AI 85 milyon iş yerini əvəz edəcək: Gələcəkdə bizə nə qalacaq?
FED.az xəbər verir ki, o, bu vəsaitin süni intellekt modellərinin təlimi üçün nəzərdə tutulmuş dörd “qiqafabrik”ə köçürüləcəyini açıqlayıb. Xüsusilə Avropadakı startaplara maliyyə resursları və ya çiplərdən asılılıq səbəbindən geri qalmamaları üçün yüksək hesablama gücünə çıxış imkanı yaradılacaq.
Parisdə keçirilən süni intellekt sammitində çıxış edən Ursula Fon der Lyayen süni intellekt şirkətlərinin maliyyə gücünə görə deyil, innovasiya bacarıqlarına görə rəqabət aparmalarının önəmini vurğulayıb. O, süni intellektin Avropanın rəqabət qabiliyyətini artırmaq, təhlükəsizliyi qorumaq və ictimai səhiyyəni yaxşılaşdırmaq potensialına malik olduğunu bildirib.
Ursula fon der Lyayen, həmçinin süni intellekt şirkətləri üçün bürokratik maneələrin azaldılacağını və onların Avropada daha rahat fəaliyyət göstərə biləcəyini qeyd edib. 2026-cı ildən qüvvəyə minəcək Süni intellekt qanunu isə süni intellekt tətbiqləri üçün vahid qaydalar yaradacaq.
Avropada sənaye sahələrinə uyğun süni intellekt həllərinə fokuslanaraq, bu sahədə qlobal rəqabətdən geri qalmamağı hədəfləyir. (Azərtac)