“ASUS” şirkəti yeni nəsil “ROG Phone 5s” və “ROG Phone 5s Pro” smartfonlarını təqdim edib.
FED.az Banker.az-a istinadən xəbər verir ki, onlar 2021-ci ilin yazında təqdim olunan “ROG Phone 5” modelinin varisləri hesab olunur. Qeyd edək ki, yeni smartfonların satışlarının başlayacağı tarix və qiyməti açıqlanmır.
Hər iki cihaz “Snapdragon 888+” prosessoru, 6.78 düymlük “Super AMOLED” displey, 6000 mAh tutumlu sürətli şarj batareyası və “HDR10+” texnologiyası ilə təchiz edilib.
Bildirildiyi kimi, “ROG Phone 5s” bazara 8, 12 və ya 16 GB operativ, o cümlədən 128, 256 və 512 GB daxili yaddaş versiyalarında çıxacaq. “ROG Phone 5s Pro” modeli yalnız bir seçimdə mövcud olacaq – 18 GB operativ və 512 GB daxili yaddaş .
Smartfonlar 24 MP ön kamera və 13+5 MP arxa kamera alıb. Hər iki smartfon “Android 11” əməliyyat sistemi üzərində işləyir. Modellər qulaqlıq üçün 3.5 mm port və xarici USB daşıyıcılar dəstəkləyir.