«Samsung Electronics» şirkəti bir neçə gün əvvəl özünün yeni məhsullarını – yeni qatlanan smartfonları («Galaxy Z Fold3» və «Galaxy Z Flip3»), qulaqcıqları («Galaxy Buds 2»), «ağıllı saatlar»ın yeni modellərini («Galaxy Watch 4» və «Galaxy Watch 4 Classic») və yeni nəsil stilus – qələmləri («S Pen Fold Edition» və «S Pen Pro») təqdim edib.
FED.az xəbər verir ki, hələlik şirkətin diqqət yetirdiyi qatlanan telefonlar və «ağıllı saat»lar sektorunda, eləcə də stiluslar bazarında istehsalçılar az olduğuna görə, rəqabət o qədər də böyük deyil. Ona görə də şirkətin təqdimata hansı yeniliklərlə gələcəyi maraqla gözlənilirdi.
Qatlana bilən yeni smartfonlar - «Galaxy Z Fold3» və «Galaxy Z Flip3» adlanır. Bunlar üçüncü nəsil premium qatlana bilən smartfonlar sayılır. Yeni cihazlarda «Samsung» bu smartfonların davamlığını və etibarlığını, texniki xüsusiyyətlərini və interfeysini inkişaf etdirib.
Galaxy Z Fold 3
«Galaxy Z Fold 3» smartfonu bu dəfə 7,6-düymlük əsas AMOLED-displey və «S Pen» stilusun dəstəyini alıb. Yeri gəlmişkən, qatlanan smartfonlarda 2 ekran var – əsas ekran və smartfonın arxa tərəfində yerləşən və smartfon qatlanmış vəziyyətdə olanda bəzi məlumatları göstərən kiçik ekran. Nəticədə bəzi məlumatları smartfonu açmadan da almaq olur.
«Galaxy Z Fold 3»da böyük ekranda ekranaltı kamera quraşdırılıb. Bu smartfon «Snapdragon 888» prosessoru və 12 Qb operativ yaddaşa malikdir. Çəkisi 271 qram olan devays daha güclü ekran şüşəsi ilə təmin edilib, hansı ki, cızıqlara və yerə düşməyə davamlıdır.
Nəticədə smartfonların ekranı əvvəlkindən 80% möhkəm olacaq. Bundan başqa, yeni smartfonlarda ilk dəfə olaraq ən sərt metal olan «Armor Aluminium» istifadə olunub.
Smartfon bağlananda onun qalındığı 1,5 santimetrdən aşağı olmur. «Samsung»un bu dəfə tətbiq etdiyi yeni texnologiyalar sayəsində ekranın parlaqlığı 29% artıb, amma enerji sərfiyyatı daha da azalıb. Qiymətinə gəlincə, smartfonun 256 QB-lıq variantı 2100 dollar, 512 QB variantı isə 2270 dollar elan edilib.
Galaxy Z Flip 3
«Galaxy Z Flip 3» smartfonunda isə xarici ekran 4 dəfə böyüyüb – indi bu 1,9 düymlük Super AMOLED-displeydir və smartfonu açmadan kiçik ekrandan bütün yenilikləri izləmək mümkündür.
Bu smartfonda kamera və ekran təksilləşdirilib, məsələn, yeni Flex rejiminin köməyi ilə əl vurmadan selfi etmək olar. Digər maraqlı yenilik odur ki, smartfon yarıyadək açıq olanda (məsələn noutbuk formasında olanda) istifadəçi videoya baxmaq istəyirsə, görüntünü smartfonun ekranının yuxarıdakı hissəsinə keçirə bilər, bu zaman səs və parlaqlığın tənzimlənməsi düymələri aşağı ekrana keçəcək. Nəticədə istifadəçi smartfonu noutbuk formasında istifadə edə biləcək.
«Galaxy Z Flip 3»də də «Snapdragon 888» prosessoru yerləşdirilib, amma operativ yaddaş 8 Qb-dir. Qiymətlər 128 QB versiya üçün 1200 dollar, 256 QB versiya ü1270 dollar nəzərdə tutulub.
«Galaxy Watch 4» və «Galaxy Watch 4 Classic» saatları
«Samsung»un yeni smart-saatları – «Wear OS» platformasında işləyən ilk cihazlardır. Bu əməliyyat sistemini «Samsung» şirkəti «Google»lı birlikdə yaradıb. Saatların sahibləri «Google»un tətbiqləri və məhsullarını, eləcə də «Samsung Pay» və «SmartThing» funksiyalarını istifadə edə bilərlər.
«Watch 4» saatları «BioActive» funksiyasına sahibdir. Bu qurğu vasitəsilə sağlamlıq üzrə üç göstərici ölçülür – nəbzin vurulması, elektrokardioqramma, eləcə də bədəndə bioimpedans analizi (çəki, bədəndəki zülal və sair göstəricilər birlikdə).
Nəticədə bu saatların köməyi ilə faktiki olaraq tibbi baxışdın keçmək mümkün olacaq. Arterial təzyiqin səviyyəsini ölçmək, aritmiyanı aşkar etmək, qanda oksigenin səviyyəsini öyrənmək, bədənin tərkibini dəqiqləşdrmək və sair mümkündür.
Bu saatları «Samsung»un ağıllı televizorlarına da qoşmaq olar ki, yandırılan kalorilər və sair göstəricilərə böyük ekranda rahat nəzarət etmək mümkün olsun.
«Watch 4»lə ilk dəfə olaraq 5-nanometlik çip-lə təmin edilib. «Galaxy Watch 4»ün ekranının dərinliyi 396x396 piksel, «Galaxy Watch 4 Classic»də isə 450x450 piksel olacaq, saatlar bir dəfə enerji yığmaqla 40 saat işləyə biləcəklər.
«Watch 4» 270-300 dollara, «Watch 4 Classic» isə 370-400 dollara satılacaq.
Galaxy Buds 2 – kabelsiz qulaqcıq
«Samsung» şirkəti elan edib ki, onun yeni kabelsiz qulaqcıqları - «Galaxy Buds 2» ətrafdakı səslərin səviyyəsini 98% azaldır. Qulaqcıqda bununla bağlı 3 səviyyə var, istifadəçi istədiyini özü seçə bilər. Özü də bu funksiya təkcə qulaq asmaq üçün deyil, danışanda da qurğu ətraf səsləri «öldürür» ki, istifadəçinin səsi onun danışdığı adama təmiz çatsın. «Galaxy Buds 2» təqribən 150 dollara satılacaq.