İKT

“Apple” yeni cihazlarını açıqlayıb - SİYAHI, QİYMƏTLƏR

“Apple” yeni cihazlarını açıqlayıb - SİYAHI, QİYMƏTLƏR | FED.az
22:16 18 Mart 2020

"Apple" şirkəti "iPad" və "MacBook Air" seriyalarına aid yeni cihazlarını açıqlayıb.

Eləcə də bax: Koronavirus texnologiya nəhənglərinə bu qədər - ZİYAN VURUB - SON GÖSTƏRİCİLƏR

FED.az "Report" istinadən xəbər verir ki, yeni "iPad Pro" cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 1210 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.

Yeni "iPad"ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.

ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq "iPad Pro" 11 düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.

13 düyümlük "MacBook Air" isə 4 nüvəli "İntel Core i7" prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq.

Digər xəbərlər